Bir sual sormaq, bir kilidin dilini tapmaq kimidir; hərdən açar cibindədir, sən onu bilmirsən. Mənə ən çox "peşəkar yazıçı kimdir?" deyə soruşurlar, mən də deyirəm: gündə üç səhifə yazan adam. Sən neçə səhifədən sonra özünü yazıçı sayırsan?